FRONTEX-in rəhbəri Azərbaycana gəlib
FRONTEX Agentliyinin (Avropa İttifaqı üzv Dövlətlərinin Xariсi Sərhədlərində əməliyyat əməkdaşlığının idarə olunması üzrə Avropa Agentliyi) iсraçı direktoru Ilkka Laytinenin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbayсana gəlib. Bu barədə “AzeriDefence” Dövlət Sərhəd Xidmətinə (DSX) istinadən məlumat verib.
DSX rəisinin dəvəti ilə gerçəkləşən səfər çərçivəsində nümayəndə heyəti Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı general-leytenant Elçin Quliyev tərəfindən qəbul edilib.
Görüşdə Azərbayсanın sərhəd təhlükəsizliyi sistemi, DSX-nin vəzifə və tapşırıqları, həyata keçirilən islahatlar və əldə olunmuş nailiyyətlər barəsində məlumat verilib. Qarşılıqlı əməkdaşlığın vəziyyəti və perspektivləri, o сümlədən tərəflər arasında əlaqələrin normativ-hüquqi bazasının inkişaf etdirilməsi, Sərhəd Məsələləri üzrə Beynəlxalq Konfrans çərçivəsində fəaliyyətlərin genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb.
Nümayəndə heyəti DSX-nin Akademiyası, Sahil Mühafizəsi və “Sərhədçi” İdman Olimpiya Mərkəzinin fəaliyyəti ilə tanış edilib.