Fuad Nəcəfli ASELSAN-ın baş direktoru ilə görüşüb

Fuad Nəcəfli ASELSAN-ın baş direktoru ilə görüşüb

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli sentyabrın 9-da Əlahiddə Ümumqoşun Ordu Qərargahına gələrək Ermənistan Silahlı Qüvvələri ilə təmas xəttində yaranmış gərginliklə bağlı qarşı tərəfin təxribat xarakterli fəaliyyətləri nəticəsində atəşkəs rejiminin pozulması halları və görülmüş tədbirlərlə maraqlanıb.

“Poliqon” “Nuhçıxan” İnformasiya Agentliyinə istinadən xəbər verir ki, həmin gün ordu qərargahında Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Əlahiddə Ümumqoşun Orduda ziyarətdə olan Türkiyənin ASELSAN şirkətinin baş direktoru Ahmet Akyol ilə görüşüb.

Görüş zamanı birgə fəaliyyət və mövcud layihələr haqqında məlumat verilib, gələcəkdə əməkdaşlığın inkişafı və daha da genişləndirilməsi məqsədilə fikir mübadiləsi aparılıb.

CATEGORIES