“Füzuli” beynəlxalq hava limanında sərhəd nəzarəti işi təşkil edilib

“Füzuli” beynəlxalq hava limanında sərhəd nəzarəti işi təşkil edilib

Dövlətimizin ərazi bütövlüyü təmin edildikdən, o cümlədən ölkəmizin Ermənistan Respublikası ilə dövlət sərhədi işğaldan azad edildikdən sonra Ali Baş Komandanımızın tapşırığına əsasən bu ərazilərdə zəruri sərhəd mühafizə infrastrukturunun yaradılması, hərbi qulluqçuların xidməti şəraitinin və sosial təminatının yaxşılaşdırılması üzrə kompleks tədbirlər sürətlə davam etdirilir.

“Poliqon” xəbər verir ki, bunu Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev POLİQON jurnalına müsahibəsində bildirib.

“İşğaldan azad olunmuş dövlət sərhədlərimizdə qısa müddət ərzində sərhəd zastavalarının fəaliyyəti bərpa edilib, Zəngilan, Qubadlı rayonlarından və Laçın rayonunun bir hissəsindən keçən Ermənistanla dövlət sərhədinin mühafizə və müdafiəsinin təşkili məqsədilə 19 yeni hərbi hissə kompleksi, 110 sərhəd-döyüş məntəqəsi, “Eyvazlı” və “Qazançı” dövlət sərhədindən buraxılış məntəqələri inşa edilib, “Füzuli” beynəlxalq hava limanında sərhəd nəzarəti işi təşkil edilib”, – deyə general-polkovnik Elçin Quliyev vurğulayıb.

DSX rəisi bildirib ki, işğaldan azad edilmiş ərazilərdə 104 km məsafədə yeni yollar çəkilib, 223,7 km məsafədə yolların əsaslı və cari təmiri həyata keçirilib, 1452 hektar ərazi mina və partlamamış sursatlardan təmizlənib, 1530 ədəd piyada və 1762 ədəd tank əleyhinə mina, 245 ədəd partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Poliqon jurnalı

CATEGORIES
TAGS