General Elçin İbrahimov: DSX Vətən Müharibəsində PUA-lardan geniş şəkildə istifadə edib

General Elçin İbrahimov: DSX Vətən Müharibəsində PUA-lardan geniş şəkildə istifadə edib

Azərbaycan sərhədçilərinin Vətən Müharibəsindəki iştirakına ən böyük dəyər Ali Baş Komandan tərəfindən verilib.

“Poliqon” xəbər verir ki, bunu Dövlət Sərhəd Xidmətinin (DSX) Aparat rəhbəri general-mayor Elçin İbrahimov mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən bildirib.

General-mayor Elçin İbrahimov vurğulayıb ki, 2020-ci il 27 sentyabr tarixindən, Ermənistanın işğalına qarşı həyata keçirilən əks hücum əməliyyatlarının ilk günündən DSX-nin çevik qüvvələrinin və digər bölmələrinin döyüşə qatılıb: “Bu günləri biz böyük qürurla və fəxrlə qeyd edirik, Ermənistanla dövlət sərhədinə qədər olan bir məsafə Azərbaycan sərhədçiləri tərəfindən işğaldan azad olunub. Bu əməliyyatlar zamanı 24 saat ərzində 105 kilometrlik ildırımsürətli hücum əməliyyatı da olub. Sərhədçilərimiz tarixi və qədim Xudafərin körpüsündə, Zəngilanda, Ağbənd qəsəbəsində Azərbaycan Bayrağının ucaldılması və bu barədə Silahllı Qüvvələrin Ali Baş Komandanına məruzə etmək şərəfinin daşıyıcılarıdır”.

General-mayor DSX tərəfindən Vətən Müharibəsi zamanı həm kəşfiyyat, həm də düşmənin strateji mövqe və texnikalarının məhv edilməsində “Harop”, “Quzğun” və “Hermes” tipli pilotsuz uçuş aparatlarından (PUA) geniş istifadə edildiyin deyib.

Poliqon.az

CATEGORIES
TAGS