Grintekdən yeni genişzolaqlı pelenqator
Grintek Ewation şirkəti 1- 6000 MHz tezliklərində işləyən MRD7 daşınan radiopelenqatoru (Manpack Direction Finder) Parisdə keçirilən EUROSATORY-2012 sərgisində təqdim edib. AzeriDefencenin məlumatına görə, radiopelenqator Grintek və Cassidian şirkətlərinin əməkdaşlığı çərçivəsində yaradılıb.
MRD7 qurğusu GSM və TETRA siqnalları kimi müasir kommunikasiyaların təhdidlərinə qarşı istifadə edilə bilər.
Bir əsgər tərəfindən kürəkdə daşına bilən MRD7 asan sökülə və yığıla bilir. Qurğu tablet və ya noutbuk vasitəsilə idarə edilir. MRD7 muxtar şəkildə işləyə, eləcə də başqa MRD7 təchizatı, həmçinin Taktik Əməliyyat Mərkəzləri ilə birləşdirilə bilər.
CATEGORIES Sənaye