Gürcüstan İspaniyadan tank əleyhinə reaktiv qumbaraatanlar alıb – VİDEO

Gürcüstan İspaniyadan tank əleyhinə reaktiv qumbaraatanlar alıb – VİDEO

Gürcüstanın Müdafiə Qüvvələri İspaniyanın “Instalza SA” şirkətindən yeni C90 tank əleyhinə reaktiv qumbaraatanlar alıb.

Bu barədə “Poliqon” Gürcüstan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinə istinadən xəbər verib.

Bildirilib ki, Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze və müdafiə qüvvələrinin nümayəndələri yeni reaktiv qumbaraatanların Krtsanis poliqonunda keçirilən nümayiş atışlarında iştirak edib.

Atışdan öncə Gürcüstanın müdafiə naziri “Instalza SA” şirkətinin istehsal etdiyi döyüş və təlim məhsullarını nəzərdən keçirib, onların taktiki-texniki xüsusiyyətləri barədə ətraflı məlumat alıb. Nümayiş atışlarından sonra C.Burçuladze tank əleyhinə sistemi şəxsən sınaqdan keçirib.

Nazirin sözlərinə görə, sözügedən silahların satın alınması Gürcüstan Müdafiə Qüvvələrinin imkanlarını daha da artıracaq.

Qeyd olunub ki, Gürcüstan Müdafiə Qüvvələrinin Təlim və Hərbi Təhsil Komandanlığının, Xüsusi Əməliyyat Qüvvələrinin, Şərq və Qərb komandanlıqlarının hərbi qulluqçuları ispan təlimatçılar tərəfindən keçirilən xüsusi tank əleyhinə silahlar kursunu bitiriblər. Kurs nəzəri və praktiki olmaqla iki hissəni əhatə edib. Burada məzunlar birdəfəlik və təkrar istifadə olunan C90 ailəsinin tank əleyhinə reaktiv qumbaraatanlarından istifadəni öyrəniblər.

CATEGORIES
TAGS