Xəbərlər

“Hanwha Defence”nin yeni döyüş robotları – VİDEO

Getdikcə ən çətin və ən təhlükəli işlər robotlar tərəfindən yerinə yetirilir. Gələcəkdə robotlar cəbhə xəttindəki insanları tamamilə əvəz edə bilər.

“Poliqon”un məlumatına görə, “Hanwha Defence” şirkətinin mətbuat xidməti yeni bir videoçarx paylaşaraq, şirkətin ordu üçün işlənilmiş ən son layihələrini təqdim edib.

Videoçarxda dörd robot modeli göstərilir. Bunlardan birincisi, kəşfiyyat-döyüş robotudur. İkincisi, nəqliyyat, təxliyyə, kəşfiyyat və döyüş üçün istifadə edilə bilən universal bir platformadır. Üçüncü və dördüncü robotlar isə, kəşfiyyat və minaların təmizlənməsi üçün hazırlanmış kiçik robotlardır.

Əhəd Əzizov

Back to top button