HAVELSAN şirkətinin yeni buludaltı avtonom PUA-sı – BAHA

HAVELSAN şirkətinin yeni buludaltı avtonom PUA-sı – BAHA

HAVELSAN mütəxəssisləri tərəfindən müasir orduların ehtiyaclarına uyğun hazırlanan BAHA (Bulut Altı İnsansız Hava Aracı) tam avtonom missiya qabiliyyəti, fərqli faydalı yüklərin inteqrasiyasına imkan verən modul arxitekturası və daha bir çox üstün xüsusiyyətləri ilə bütün pilotsuz sistemlərlə birgə əməliyyatlar həyata keçirə bilən buludaltı avtonom aviasiya vasitəsidir.

HAVELSAN şirkətindən “Poliqon”a verilən məlumata görə, vertikal qalxma və enmə (VTOL) xüsusiyyətlərinə sahib olan sabit qanadlı BAHA PUA döyüş meydanının çətin şərtlərinə tab gətirmək qabiliyyətinə malikdir. Buludaltı avtonom PUA sistemi şaquli uçuşda və enişdə elektrik mühərriklərindən, üfüqi uçuş üçün elektrik/benzin mühərrikindən istifadə edir. Şaquli qalxma xüsusiyyəti ilə sistem uçuş-enmə zolağına ehtiyac olmadan istənilən ərazidən qalxa bilir. Orta sinif birinci səviyyəli pilotsuz uçuş vasitəsi hesab edilən BAHA-nın sərhəd bölgələrində istifadə edilməsi hədəflənir.

BAHA1BAHA PUA-nın kütləsi 30 kq-dır. PUA 10.000 futa qədər hündürlükdə missiyaları yerinə yetirə bilir. Benzin mühərriki ilə 6 saata (elektrik konfiqurasiyası ilə 2 saata) qədər havada qala bilən PUA 50 km-ə qədər uçuş məsafəsi təklif edir. Bundan əlavə, BAHA 5 kq ağırlığında faydalı yükgötürmə qabiliyyətinə malikdir. PUA-nın qanadlarının uzunluğu 3,7 metrdir. Uçuş aparatı iki nəfər tərəfindən asanlıqla quraşdırılır və idarə edilir. Tək operator tərəfindən də istifadə oluna bilir. Bir neçə dəqiqə ərzində missiyaya hazırlanır. HAVELSAN tərəfindən hazırlanan proqram təminatı sayəsində BAHA həm yerdə, həm də havada pilotsuz sistemlərlə birgə tapşırıqlar yerinə yetirə bilir.

Yüksək səviyyəli avtopilot sistemi ilə təchiz edilmiş BAHA məlumat bağlantısı itkisi kimi fövqəladə hallarda avtomatik olaraq qalxma nöqtəsinə qayıdır. Sistem günün vaxtından asılı olmayaraq kəşfiyyat, müşahidə və incələmə (ISR) tapşırıqlarını yerinə yetirir. BAHA ilə müxtəlif missiyaların sürətli həyata keçirilməsi mümkündür. İzləmə, aşkarlama və ərazinin mühafizəsi, kəşfiyyat, elektron müharibə, sahil və sərhəd təhlükəsizliyi, o cümlədən enerji ötürməsi və neft-qaz xəttlərinin monitorinqi, qaçaqmalçılıq və terrorla mübarizə BAHA-nın yerinə yetirə biləcəyi vəzifələrdir. BAHA avtonom rejim də daxil olmaqla buludlu havada vəzifələri yerinə yetirir və sürü alqoritmi bir dəstədə eyni anda bir neçə PUA istifadə etməyə imkan verir.

BAHA intensiv elektron qarışdırmada uçdu

2021-ci ilin oktyabr ayının əvvəlində HAVELSAN-ın “Rəqəmsal Bölmələr” konsepsiyasının əsas elementlərindən biri olan BAHA pilotsuz uçuş aparatının ilk sınaqları keçirilib. Sürü rejimində işləyən, kəşfiyyat və müşahidə tipli BAHA PUA-nın sınaqları müxtəlif ərazi şəraitində sərhədyanı zonada həyata keçirilib.

Güclü elektron qarışdırmanın tətbiq olunduğu sahədə BAHA 7500 fut, yəni təxminən 2500 metr yüksəkliyə uğurla qalxıb. Sınaqlar zamanı BAHA Yer Dəstəyi Mərkəzindən 10 kilometr məsafədə missiyasını yerinə yetirərkən çəkdiyi görüntüləri problemsiz şəkildə mərkəzə ötürüb. Şaquli qalxma ilə uçduğu missiyasında BAHA vəzifəsini başa vurduqdan sonra yenidən şaquli enişlə sınaq mərkəzinə enib. Eniş zamanı da BAHA-ya güclü elektron qarışdırma tətbiq olunub. BAHA-nın sınaqlarında, elektron qarışdırma ilə əlaqə kəsildikdə, sistem öz alt bulud məlumatlarından istifadə edərək vəzifəsini davam etdirib.

baha1HAVELSAN Simulyasiya, Avtonom və Platforma İdarəetmə Texnologiyaları baş direktorunun müavini Muhittin Solmaz BAHA-nın ilk sınaqlarının uğurlu keçdiyini deyib. Onun sözlərinə görə, müdafiə strukturlarının nümayəndələrinin də izlədiyi PUA sınaqlarının nəticələri və müştərilərin istəkləri dronun daha da təkmilləşdirilməsi üçün əsas götürüləcək. Muhittin Solmaz bildirib ki, BAHA PUA-nın sahə sınaqlarının yeni mərhələsinin 2022-ci ilin birinci rübündə fərqli bölgələrdə davam etdiriləcəyi planlaşdırılıb.

“BAHA-nın hesabat üzrə işləmə hündürlüyü təqribən 3000 metrdir və yerüstü stansiyanın dəstəyi ilə 10 km-ə qədər uça bilir. Bir neçə PUA-nı eyni anda idarə etmək üçün bir operator kifayətdir. Məqsəd eyni vaxtda 20-30 PUA sınamaqdır. Sürü alqoritminin 2022-ci ilin ortalarında uğur qazanacağına ümid edirik”, – deyə baş direktorunun müavini vurğulayıb.

Xüsusiyyətləri:

Avtonom missiya qabiliyyətiBAHA2

  • Uçuş zolağı olmadan şaquli enmə-qalxma
  • Gecə-gündüz kəşfiyyat, müşahidə və incələmə
  • Atış tənzimi
  • Buludaltı missiya qabiliyyəti
  • Tək yer idarəetmə stansiyasından komanda və sürü PUA-ların idarə edilməsi

  Avtonom uçuş sistemi

  • Unikal avtopilot sistemi
  • Bağlantı itkisində bazaya geri dönüş və avtomatik eniş imkanı
  • 5 kq-a qədər yükgötürmə qabiliyyəti
  • Orijinal yerə nəzarət stansiyası sistemi

Ümumi missiya qabiliyyətləri

  • İzləmə, aşkarlama və ərazinin mühafizəsibaha2 1
  • Kəşfiyyat
  • Elektron müharibə
  • Sahil və sərhəd təhlükəsizliyi
  • Enerji ötürülməsi və neft-qaz xətlərinin monitorinqi
  • Qaçaqmalçılıq və terrorla mübarizə
  • İctimai asayiş
  • Narkotik bitkinin aşkarlanması
  • Məskunlaşmanın istilik ölçməsi
  • Meşə yanğınlarının idarə edilməsi
  • Fəlakətdən sonrakı qiymətləndirmə
  • Sintinin və ətraf mühit çirklənməsinin təyini
  • Kənd təsərrüfatı tətbiqləri
  • Kartoqrafiya

Poliqon.az

CATEGORIES
TAGS