HHM bölmələrinin təlimində hava hədəfləri DZRK-lərlə məhv edilib

HHM bölmələrinin təlimində hava hədəfləri DZRK-lərlə məhv edilib

Müdafiə nazirinin təsdiq etdiyi 2022-ci il döyüş hazırlığı planına uyğun olaraq hava hücumundan müdafiə bölmələrinin döyüş atışlı taktiki təlimləri keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, praktiki atışlar zamanı heyətlər tərəfindən şərti düşmənin hava hədəfləri aşkar olunaraq daşınan zenit-raket kompleksləri (DZRK) vasitəsilə məhv edilib.

Bildirilib ki, şəxsi heyət qarşıya qoyulan döyüş tapşırıqlarını müvəffəqiyyətlə yerinə yetirib.

Poliqon.az

CATEGORIES
TAGS