SərgilərXəbərlər

Hidayət Əzimov Türkiyənin aparıcı müdafiə sənayesi qurumları ilə əməkdaşlıq perspektivlərini müzakirə edib

Türkiyənin İstanbul şəhərində keçirilən 5-ci SAHA 2026 Beynəlxalq Müdafiə və Aerokosmik Sərgisi davam edir.

Müdafiə Sənayesi Nazirliyinin Mətbuat Xidmətindən “Poliqon”a verilən məlumata görə, Azərbaycan müdafiə sənayesi nazirinin muavini Hidayət Əzimov Türkiyə Müdafiə Sənayesi Komitəsi sədrinin müavini Hakan Karataş, “İstanbul Teknopark”, “Yıldız Teknopark” və “SSTEK” şirkətinin rəhbərliyi, Orta Doğu Texniki Üniversiteti, Yıldız Texniki Universiteti və Gebze Texniki Üniversitetinin rektorları, eləcə də Türkiyənin bir sıra müdafiə sənayesi şirkətlərinin rəhbərləri ilə görüşlər keçirib.

Görüşlərdə müdafiə sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsi, innovativ texnologiyalı məhsulların inkişafı, birgə araşdırma və təcrübə mübadiləsi imkanları, kadr potensialının artırılıması, ixtisaslı mütəxəssislərin yetişdirilməsi, sənayeləşmə imkanları və sənaye müəssisələri arasında əlaqələrin daha da möhkəmləndirilməsi məsələləri müzakirə olunub.

Back to top button