Hindistan HDQ-nin sualtı qayıq alması üçün tender keçiriləcək

Hindistan HDQ-nin sualtı qayıq alması üçün tender keçiriləcək

P-75I tenderində Hindistanın Hərbi Dəniz Qüvvələri (HDQ) üçün 6 ədəd dizel-elektrik sualtı qayığının tədarükü barədə müqavilə uğrunda dörd ölkənin istehsalçısı mübarizə aparacaq.

“Poliqon” xəbər verir ki, P-75I layihəsi Hindistan HDQ üçün dizel-elektrik sualtı qayıqların alınmasının ikinci mərhələsidir.

Birinci mərhələ çərçivəsində Hindistan HDQ üçün 6 ədəd Kalvari (Scorpene) sinif sualtı qayığı alınıb. Yeni satınalma baza versiyada havadan asılı olmayan mühərrikə, həmçinin “Brahmos” raketləri üçün buraxma qurğularına malik daha 6 ədəd sualtı qayığın alınmasını nəzərdə tutur. Tenderin qalibinin gələn il elan edilməsi planlaşdırılır.

P -75I tenderində Rusiyanı “Lada” sualtı qayığının ixrac modifikasiyası olan “Amur” layihəsini təklif edən “Rubin” konstruktor bürosu təmsil edir. İspaniyanın “Navantia” şirkəti S-80 “Plus” layihəli sualtı qayığı təqdim edir. Cənubi Koreya isə DSME-3000 (KSS-III) layihəsini sərgiləyir. Fransa Hindistana atomsuz güc qurğulu “Barracuda” sualtı gəmisi təklif edərək qalib gələcəyinə ümid edir.

Almaniyanın “ThyssenKrupp Marine Systems” şirkəti də tenderdə iştirak etmək üçün dəvət alıb, lakin finalçılar siyahısına daxil edilməyib.

hindistan

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS