HavaXəbərlər

HÜRJET təyyarəsinin F404 mühərrikləri ilə bağlı müqavilə imzalanıb

HÜRJET proqramı çərçivəsində TUSAŞ (Türkiyə) və “GE Aerospace” (ABŞ) şirkətləri arasında mühərrik tədarükünə dair müqavilə imzalanıb.

“Poliqon” TUSAŞ-a istinadən xəbər verir ki, “GE Aerospace”nin F404 mühərriklərini əhatə edən razılaşma HÜRJET-in seriyalı istehsal hədəflərinə və proqramın davamlı inkişafına töhfə verərək, platformanın qlobal miqyasda rəqabət qabiliyyətini daha da artıracaq.

“Türkiyə aviasiya sənayesinin mühəndislik imkanlarını gücləndirən bu strateji addımla, beynəlxalq əməkdaşlıqlarımızı inkişaf etdirməyə və yerli platformalarımızı dünya ilə tanış etdirməyə davam edirik”, – deyə TUSAŞ tərəfindən bildirilib.

Back to top button