IDEF-2021 sərgisi öz işinə başladı – FOTOLAR
Bu gün Türkiyənin İstanbul şəhərində IDEF-2021 XV Beynəlxalq Müdafiə Sənayesi Sərgisi öz işinə başlayıb.
“Poliqon” xəbər verir ki, TÜYAP Sərgi və Konqres Mərkəzində Türkiyə Prezidentinin himayəsi altında, Milli Müdafiə Nazirliyinin ev sahibliyi ilə Silahlı Qüvvələrin Gücləndirmə Fondunun idarəçiliyi altında keçirilən “IDEF-2021” sərgisində dünyanın inkişaf etmiş 50-dən çox ölkəsindən 1000-dən çox qabaqcıl şirkət qatılıb.
Sərgidə iştirak edən heyətlər arasında Baş Qərargah rəisi, Quru Qoşunlar komandanı, Hərbi Dəniz Qüvvələri komandanı, Hərbi Hava Qüvvələri komandanı, Baş Qərargah rəis müavini, Nazir müavini, Jandarma Baş komandanı, Baş polis, Sahil Təhlükəsizlik komandanı və katib səviyyəsində çox sayda yüksək vəzifəli məmurlar yer alır.
Məlumat üçün bildirək ki, Sərgidə Azərbaycan Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Müdafiə sənayesi naziri Mədət Quliyev də iştirak edir. Həmçinin DİN Daxili Qoşunlarının Komandanının birinci müavini general-mayor Tofiq Hüseynovun rəhbərlik etdiyi nümayəndə heyəti də İDEF-2021 sərgisini ziyarət edib.
Qeyd edək ki, 2015-ci ildən “Poliqon” (“Azeri Defence”) jurnalı IDEF sərgisində media tərəfdaş qismində təmsil olunur.