İdeoloji iş və mənəvi-psixoloji təminat üzrə zabitlər ilə təlim-metodiki toplantı keçirilib

İdeoloji iş və mənəvi-psixoloji təminat üzrə zabitlər ilə təlim-metodiki toplantı keçirilib

2024-cü ilin hazırlıq planına uyğun olaraq, Azərbaycan Ordusunda ideoloji iş və mənəvi-psixoloji təminat üzrə zabitlər və psixoloqlar ilə təlim-metodiki toplantı keçirilib.

Bu barədə “Poliqon”a Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və ölkənin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Toplantıda ideoloji iş və mənəvi-psixoloji təminatın yüksəldilməsi istiqamətində ötən il ərzində görülən işlərə, əldə olunan nailiyyətlərə və nöqsanların aradan qaldırılmasına dair məruzələr dinlənilib, cari ildə bu istiqamətdə görüləcək işlər, perspektiv planlar müzakirə olunub.

CATEGORIES