
İndoneziya Müdafiə Nazirliyinin “Dassault Aviation” şirkətinə “Rafale” qırıcılarının tədarükü ilə bağlı verdiyi sifarişin 18 ədədlik üçüncü hissəsi qüvvəyə minib.
“Poliqon” “Dassault Aviation”a istinadən xəbər verir ki, beləliklə, İndoneziya Müdafiə Nazirliyi tərəfindən sifariş edilən “Rafale”lərin ümumi sayı 42 ədədə çatıb.
Qeyd edək ki, “Rafale” qırıcılarının satın alınması ilə bağlı “Dassault Aviation” şirkəti və İndoneziya Müdafiə Nazirliyi arasında müqavilə 2022-ci ilin fevral ayında imzalanıb.
Müqavilənin şərtlərinə görə, 42 ədədlik “Rafale” sifarişinin şirkət tərəfindən mərhələli şəkildə istehsal edilərək, İndoneziya Hərbi Hava Qüvvələrinə çatdırılması planlaşdırılıb. Bu çərçivədə 6 ədəd “Rafale”nin istehsalını və çatdırılmasını nəzərdə tutan ilk sifariş 2022-ci ilin sentyabrında, ikincisi isə 2023-cü ilin avqustunda verilib.




