AerospaceSənaye

İndoneziyaya AN-64E döyüş helikopterlərinin tədarükü davam etdirilir – FOTO

“Boeing” şirkətinin istehsalı olan AN-64E “Apache Guardian” döyüş helikopterlərinin İndoneziyaya tədarükü davam etdirilir.

“AzeriDefence” xəbər verir ki, İndoneziya KİV-nin yaydığı xəbərə görə, 3-cü AN-64E “Apache Guardian” döyüş helikopteri Hərbi Hava Qüvvələrinə təhvil verilib.

2012-ci ildə ABŞ və İndoneziya arasında imzalanan müqaviləyə əsasən “Boeing” şirkəti tərəfindən İndoneziya Silahlı Qüvvələrinin 8 ədəd AN-64E döyüş helikopteri ilə təmin edilməsi nəzərdə tutulub.

Döyüş helikopterinin 4 ədədinin RLS AN/APG uzaq mənzilli radiolakasiya sisttemi ilə təchiz olunması planlaşdırılıb. Alğı-satqının ümumi dəyəri 1,42 milyard ABŞ dolları təşkil edir. Bura həmçinin 140 ədəd AGM-114R3 “Hellfire” raketlərinin çatdırılması daxildir.

Məlumatda o da qeyd olunub ki, razılaşmaya əsasən qalan 5 ədəd AN-64E helikopterləri 2018-ci ilin fevralında İndoneziya Ordusuna təhvil veriləcək.

 

5051386 original e1513766244789

5051535 original e1513766313909

5050987 original e1513766177605

Back to top button