
İran Oman körfəzində keçirilən hərbi təlim çərçivəsində “Tufan” tank əleyhinə raketlərin yenilənmiş versiyasını sınaqdan keçirib.
Bu barədə “AzeriDefence” xarici mediaya istinadən məlumat verib.
Hərbi Hava Qüvvələrinə məxsus helikopterdən atışı həyata keçirilən raketlər mənzil və həssaslıq baxımdan modifikasiya olunub.
Qeyd edək ki, “Tufan” tank əleyhinə raketlər 2000-ci ildən İran Kosmos və Havaçılıq Sənayesi Təşkilatı (Aerospace Industries Organization of Iran) tərəfindən istehsal olunur.
“Tufan” tank əleyhinə raketlər döyüş başlıqları və idarəetmə sistemləri ilə bir-birindən fərqlənən bir neçə versiyaya sahibdir.




