İran uzun mənzilli HHM sistemləri istehsal etməyi planlaşdırır

İran uzun mənzilli HHM sistemləri istehsal etməyi planlaşdırır

İran uzun mənzilli hava hücumundan müadfiə (HHM) sistemləri istehsal etməyi planlaşdırır.

“Poliqon”un “Tasnim” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu İran Ordusunun Hava Hücumundan Müdafiə Qüvvələrinin komandanı briqada generalı Əlirza Səbahi-Fərd açıqlayıb.

O bildirib ki, cari il ərzində Ordunun Hava Hücumundan Müdafiə Qüvvələrinin gündəmindəki əsas planlardan biri uzun mənzilli radarların, raketlərin və qabaqcıl pilotsuz uçuş aparatlarının (PUA) istehsalıdır.

Xatırladaq ki, cari ilin mart ayında İranın müdafiə naziri Məhəmmədrza Aştiani ölkənin yerli media nümayəndələrinin iştirakı ilə keçirilən mətbuat konfransında İranın hava hücumundan müdafiə sahəsində öz-özünü təmin edə bildiyini söyləmişdi. Həmin vaxt Tehranın Moskvadan S-400 zenit-raket sistemi (ZRS) almaq istəyi ilə bağlı “Bloomberg” agentliyinin yaydığı xəbəri rədd edən M.Aştiani, S-400 sisteminə ehtiyaclarının olmadığını, əgər yaranarsa alacaqlarını vurğulamışdı.

Qeyd edək ki, İran hərbi rəsmiləri ölkənin yerli istehsalı olan “Bavar-373” uzun mənzilli zenit-raket kompleksini (ZRK), ABŞ-ın “Patriot” və Rusiyanın “S-300” ZRS-lərindən daha üstün qiymətləndirir.

Bundan başqa, artıq İranda “Bavar-373” ZRK-nin yeni variantının istehsalı ilə bağlı da planlar hazırlanıb. İran Ordusunun Hava Hücumundan Müdafiə Qüvvələri komandanının koordinasiya üzrə müavini Mohammad Yousefinin sözlərinə görə, yeni versiya əvvəlki ilə müqayisədə ballistik hədəflərin qarşısını almaq üçün daha uyğun olacaq.

Poliqon.az

CATEGORIES
TAGS