İranın yeni “Paveh” qanadlı raketi nümayiş olunub

İranın yeni “Paveh” qanadlı raketi nümayiş olunub

Müqəddəs Müdafiə Həftəsi münasibətilə İranda keçirilən hərbi paradda yeni “Paveh” qanadlı raketi nümayiş olunub.

“Poliqon”un “Tasnim” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, uzunmənzilli qanadlı raket olan “Paveh”in maksimum uçuş məsafəsi 1650 kilometrdir.

Bundan başqa, cari ilin iyun ayında təqdimatı baş tutan “Fəttah” hipersəs ballistik raketi də hərbi paradda nümayiş etdirilib. O, 1400 kilometr mənzilə, Yer atmosferinin altında və üstündə 13 Mach sürətlə manevr etmək bacarığına sahibdir.

Hazırda “Fəttah”ın 2000 kilometr mənzilə malik olacaq növbəti versiyası inkişaf etdirilməkdədir.

CATEGORIES