Xəbərlər
İsrail “Arrow-2” raketinin sınaqlarını keçirib
İsrail “Arrow-2” adlı zenit raketinin sınaqlarını keçirib.
Bu barədə Azeri Derfence saytı “C4 Defence” nəşrinə istinadən məlumat verib.
Zenit-raket kompleksindən atılan “Arrow-2” raketi orta mənzilli ballistik raketi imitasiya edən hədəfi yüksək dəqiqliklə vurub.
ABŞ-İsrail iş birliyi çərçivəsində həyata keçirilən “Arrow-2” layihəsi ABŞ-ın “Missile Defence Agency” raket müdafiə agentliyi ilə birlikdə Kaliforniyada icra edilib.
“Arrow-2” raketi qısa və orta mənzilli “yer-yer” tipli raketləri məhv etmək üçün hazırlanıb. Raket qatı yanacaqla işləyən mühərriklə təchiz edilib. “Arrow-2” modelinə görə dəyişir. “Mach 9” sürətinə malik raketin effektiv atış uzaqlığı 90-159 km təşkil edir.





