İsrail hava hücumundan müdafiə sistemlərini gücləndirir

İsrail hava hücumundan müdafiə sistemlərini gücləndirir

Artan regional təhlükəsizlik gərginliyi fonunda İsrail Silahlı Qüvvələri ölkə daxilində hava hücumundan müdafiə sistemlərini gücləndirir.

Bu barədə “Poliqon” İsrailin “i24news” nəşrinə istinadən xəbər verib.

Nəşr yaranmış vəziyyətlə əlaqədar hücum zamanı sakinlərin təhlükəsizliyini təmin etmək üçün İsrail Silahlı Qüvvələrinin “Dəmir Günbəz” (“Iron Dome”) raket əleyhinə müdafiə (RƏM) sisteminə əlavə batareyalar artırdığını bildirib.

Qeyd edək ki, İsrail keçən həftə Qəzza, Livan və Suriyadakı silahlı qrupların raket atəşinə məruz qalıb.

Poliqon.az

CATEGORIES
TAGS