İsrail “Hummer” bazasında hərbi təlim maşınları hazırlayıb – FOTO

İsrail “Hummer” avtomobillərini modifikasiya edib.

“AzeriDefence”nin BMPD-yə istinadən verdiyi məlumata görə, İsrail Quru Qoşunlarının taktiki təlim ehtiyaclarını qarşılamaq üçün “Hummer” avtomobillərini modifikasiya edib.

Modifikasiya nəticəsində “Hummer” avtomobillərində “Merkava” tankı, D9 buldozeri, M113 zirehli maşının təlim imkanları yaradılıb.

Həmçinin gələcəkdə “Hummer” avtomobillərinin bazasında “Namer” zirehli maşının müxtəlif növləri,  hətta “Hummerbulans-ı” tibbi-təxliyyə maşını hazırlanması nəzərdə tutulub.

Məlumatda qeyd olunub ki, real texnikanın yerinə “cip”lərdən istifadənin bir neçə səbəbi var. Birincisi bu texnikalar daha ucuz başa gəlir, ikincisi yol və digər İnfrastrukturların qorunmasına xidmət edir.

Qeyd edək ki, yeni texnikaların bütün sürücüləri qadın hərbçilərdən seçilib. Rahatlıq və təhlükəsizlik üçün maşınlar ortopedik oturacaq və panorama güzgülər ilə təchiz olunub.

hamerim

hamerim3

hamerim6

hummer 1

nagmash

CATEGORIES