İsrail Müdafiə Qüvvələri zirehli texnika parkını gücləndirir

İsrail Müdafiə Qüvvələri zirehli texnika parkını gücləndirir

Seriyalı istehsal edilən ilk “Eitan” zirehli transportyorları İsrail Müdafiə Qüvvələrinin (IDF) Nahal Piyada Briqadasına təhvil verilib.

Bu barədə “Poliqon” İsrail Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verib.

Qeyd edək ki, İsrail Müdafiə Nazirliyinin Tank və Zirehli Maşınlar İdarəsi tərəfindən hazırlanan “Eitan” zirehli transportyoru ilk dəfə 2016-cı ildə nümayiş olunub. O, İsrail Müdafiə Qüvvələrinin inventarındakı köhnə M113 zirehli transportyorlarını əvəzləmək üçün nəzərdə tutulub.

8×8 təkər formuluna sahib “Eitan”ın maksimum çəkisi 35 ton təşkil edir. Zirehli texnika ümumilikdə 12 personalı (3 ekipaj, 9 desant) daşımaq qabiliyyətinə malikdir. “Eitan” 750 at gücündəki dizel mühərriklə təchiz olunub ki, bu da ona maksimum 90 km/saat sürətlər hərəkət etmək imkanı qazandırır.

Minaəleyhinə yüksək qorumaya və güclü zirehə sahib “Eitan”, İsrailin “Rafael” şirkətinin inkişaf etdirdiyi “Trophy” aktiv müdafiə sistemi ilə təchiz olunub.

Poliqon.az

CATEGORIES
TAGS