İsrailin yeni zirehli transportyoru – “Eitan” – FOTOLAR

İsrailin Müdafiə Nazirliyi “Eitan” adlı yeni zirehli maşınla bağlı informasiya yayıb.
“AzeriDefence”nin xarici mediaya istinadən verdiyi məlumatına görə, 8×8 təkər formuluna malik “Eitan” yerli müdafiə sənayesi tərəfindən yaradılıb. Maşının yaradılması işi ilə “Merkava” tankının istehsalı üzrə bölmə məşğul olur.
Maşının ilk sınaqları 2015-ci ilin payızında yekunlaşıb.
“Eitan” 3+9 nəfər (3 ekipaj, 9 desant) üçün nəzərdə tutulub. Tam döyük komplekti ilə maşının çəkisi 30-35 tondur.
750 at gücü olan dizel mühərriklə təchiz olunub. Maksimum sürəti isə saatda 90 km-dir.
Maşın minaəleyhinə yüksək qoruma və güclü zireh qatına malikdir.
“Eitan” İsrailin “Rafael” şirkətinin itehsalı olan 30-40 mm-lik avtomatik topla təchiz olunub.
ZTR-ə “Rafael” şirkətinin “Trophy” aktiv müdafiə sistemi də inteqrasiya olunub.
“Eitan” İsrail Silahlı Qüvvələrində artıq köhnə sayılan М113 zirehli maşınını əvəzləyəcək.
Maşının 2020-ci ildə silahlanmaya verilməsi planlaşdırılır.






