
İsrailin Neqev Ben Qurion Universitetinin əməkdaşları AzTU-ya səfər edib
İsrailin Neqev Ben Qurion Universitetinin Data Elmi Mərkəzinin direktoru Mark Last, IT departamentinin direktoru Qil Abravam və İnzibati departamentin direktoru Reyçel Eidin Azərbaycan Texniki Universitetinə (AzTU) səfər edib.
AzTU-nun mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, səfər zamanı qonaqlar AzTU-nun rektoru Vilayət Vəliyev və universitetin nümayəndələri ilə görüşüblər.
Görüşdə Neqev Ben Qurion Universitetində, xüsusilə də Data Elmi Mərkəzinində görülən işlər haqqında məlumat verilib, həmçinin müvafiq sahələr üzrə əməkdaşlıq istiqamətləri müzakirə olunub.
CATEGORIES Xəbərlər