İsveç və Ukrayna orduları üçün yeni CV90 PDM-ləri alınır
Böyük Britaniyanın “BAE Systems” şirkəti ilə İsveçin Müdafiə Avadanlıqları İdarəsi (FMV) arasında yeni CV9035 MkIIIC piyada döyüş maşınlarının (PDM) tədarükünü nəzərdə tutan müqavilə imzalanıb.
“Poliqon” “BAE Systems”ə istinadən xəbər verir ki, müqaviləyə yeni CV90 PDM-lərinin alınması ilə yanaşı, onlara logistika dəstiyinin göstərilməsi də daxildir.
Qeyd olunub ki, İsveç Ordusu üçün alınan yeni CV9035 MkIIIC-lər İsveç hökuməti tərəfindən Ukraynaya bağışlanan CV9040 PDM-lərini əvəz edəcək.
Bundan başqa, İsveç hökuməti Ukrayna üçün də “BAE Systems”dən yeni CV90 avtomobilləri alır.
CV90-ın dizaynı və istehsalını yerinə yetirən “BAE Systems Hägglunds” (“BAE Systems”in İsveçdə fəaliyyət göstərən törəməsi) şirkətinin idarəedici direktoru Tommi Qustafsson-Rask bildirib ki, yeni CV9035 MkIIIC-lər həm İsveç, həm də Ukrayna ordularının imkanlarını genişləndirəcək və ekipajları üstün döyüş bacarıqları ilə təmin edəcək.