Xəbərlər

Kəlbəcərdə minaya düşərək şəhid olan jurnalistlərlə vida mərasimi keçirilir

Kəlbəcərdə minaya düşərək şəhid olan Azərbaycan Televiziyasının (AzTV) operatoru Sirac Abışovla və “Azərtac”ın əməkdaşı Məhərrəm İbrahimovla vida mərasimi keçirilir.

“Poliqon” xəbər verir ki, mərasimdən sonra Məhərrəm İbrahimov Müşfiqabad qəbiristanlığında, Sirac Abışov Sumqayıt Şəhidlər xiyabanında dəfn olunacaq.

Mərasimdə şəhidin ailə üzvləri, yaxınları ilə yanaşı, jurnalistlər, ictimaiyyət nümayəndələri, o cümlədən Prezidentin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev iştirak edir.

Allah rəhmət eləsin!

Poliqon.az

Back to top button