K2 tanklarının növbəti partiyası Polşaya çatdırılıb

K2 tanklarının növbəti partiyası Polşaya çatdırılıb

Cənubi Koreya istehsalı olan K2 “Black Panther” tanklarının üçüncü partiyası Polşanın Qdinya limanına çatdırılıb.

“Poliqon” xəbər verir ki, bu barədə Polşanın Silahlanma Agentliyi məlumat yayıb.

Bildirilib ki, çatdırılan 7 ədəd K2 tankı Polşa Ordusunun 20-ci Mexanikləşdirilmiş Briqadasına göndəriləcək.

Qeyd edək ki, 2022-ci ilin avqustunda Cənubi Koreyanın “Hyundai Rotem” şirkəti və Polşanın Silahlanma Agentliyi arasında 180 ədəd K2 tankının satın alınması ilə bağlı 3.37 milyard ABŞ dolları dəyərində müqavilə imzalanıb.

Sözügedən müqavilə çərçivəsində 10 tankdan ibarət birinci partiyanın Polşa Ordusuna təhvil verilməsi ötən ilin dekabrında, 5 tankdan ibarət ikinci partiyanın çatdırılması isə bu ilin martında baş tutub.

120 mm-lik topla silahlandırılan K2 tankı 40 ədəd sursat daşıya, düz yolda maksimum 70 km/saat, ərazidə isə 50 km/saat sürətlə hərəkət edə bilir. Əlavə olaraq 7.62 mm-lik pulemyot və 12.7 mm-lik ağır pulemyot ilə təchiz edilən tankın çəkisi 55 tondur.

Poliqon.az

CATEGORIES
TAGS