
“Kalaşnikov” konserni 2026-cı ilin dövlət müdafiə sifarişi çərçivəsində istehsal etdiyi 9M333 zenit idarəolunan raketlərinin (ZİR) növbəti partiyasını Rusiya Silahlı Qüvvələrinə təhvil verib.
“Poliqon” “Kalaşnikov”a istinadən xəbər verir ki, xüsusi hərbi əməliyyat zonasında geniş tələbat görən yüksək dəqiqlikli bu raket, “Strela-10” zenit-raket kompleksi (ZRK) və onun modifikasiyaları tərəfindən istifadə olunur.
9M333 ZİR pilotsuz uçuş aparatları və qanadlı raketlər də daxil olmaqla, sutkanın istənilən vaxtında müxtəlif hava hədəflərini vurmaq üçün nəzərdə tutulub. Raketin özütuşlama başlığı üç iş rejiminə malikdir: fotokontrast, infraqırmızı, maneələrə qarşı.
Qeyd edək ki, “Kalaşnikov” konserni 2020-ci ildən 9M333 raketinin seriyalı istehsalını həyata keçirir.




