QuruXəbərlər

“Kalaşnikov” 9M333 ZİR-lərin növbəti partiyasını müştəriyə təhvil verib

Rusiyanın “Kalaşnikov” konserni 2026-cı ilin dövlət müdafiə sifarişi çərçivəsində 9M333 zenit idarəolunan raketlərinin (ZİR) növbəti partiyasını müştəriyə təhvil verib.

“Poliqon” “Kalaşnikov”a istinadən xəbər verir ki, yüksək dəqiqliyə malik 9M333 ZİR-lər “Strela-10” zenit-raket kompleksi və onun müxtəlif modifikasiyaları tərəfindən istifadə olunur.

Bu komplekslər hazırda xüsusi hərbi əməliyyat zonasında geniş tələbat görür.

9M333 raketi günün istənilən vaxtında və şəraitdə hava hədəflərini məhv etmək üçün nəzərdə tutulub. Raket uzaqdan idarə olunan pilotsuz uçuş aparatları və qanadlı raketlərə qarşı effektivdir.

Raketin özütuşlama başlığı üç rejimdə fəaliyyət göstərir: fotokontrast, infraqırmızı və maneəyə davamlı. Bu xüsusiyyət onu eyni sinifdə olan digər raketlərdən fərqləndirən əsas üstünlüklərdən biridir.

Orta uçuş sürəti 550 m/s olan 9M333 raketi 10 metrdən 3500 metrədək yüksəklikdə hədəfləri vurmaq qabiliyyətinə malikdir. Raket “atdın-unutdun” prinsipi ilə işləyir.

Qeyd edək ki, 9M333 ZİR-lər 2020-ci ildən etibarən “Kalaşnikov” konserni tərəfindən istehsal olunur və döyüş tətbiqi zamanı effektivliyini sübut edib. Bunu 2026-cı il üçün dövlət müdafiə sifarişinin artması da təsdiqləyir.

Back to top button