Kanada ABŞ-dan P-8A “Poseidon” təyyarəsi almaq istəyir

Kanada ABŞ-dan P-8A “Poseidon” təyyarəsi almaq istəyir

Kanada ABŞ-ın “Boeing” şirkətindən təxminən 16 ədəd P-8A “Poseidon” dəniz patrul təyyarəsi almaq istəyir.

“Poliqon” “Boeing”ə istinadən xəbər verir ki, bunun üçün Kanada hökuməti ABŞ-ın Xarici Hərbi Satış proqramı vasitəsilə sorğu məktubu təqdim edib.

Şirkətin bildirdiyinə görə, P-8A “Poseidon” patrul təyyarəsi Kanadanın okeanlarını və sərhədlərini qorumaq üçün bütün tələblərə cavab verən çoxməqsədli platformadır. O, patrulluq rayonlarında düşmənin sualtı gəmilərini aşkar etmək və məhv etmək üçün hazırlanıb.

Qeyd edək ki, P-8A “Poseidon” təyyarəsi “Boeing” 737-800ERX mülki sərnişin təyyarəsinin əsasında yaradılıb. ABŞ HDQ 2010-cu ilin avqustunda təyyarənin istehsalına icazə verib. O, 6 xarici və 5 daxili asma nöqtəsi ilə 9 tona qədər silah daşıya bilir. Bu asma nöqtələrinə gəmi əleyhinə və qanadlı raketlər, torpedalar, dəniz minaları və aviasiya bombaları quraşdırmaq mümkündür.

Əsas texniki xassələri: heyəti – 9 nəfər (2 pilot, 7 operator); uzunluğu – 39.47 m; qanad açıqlığı – 37.64 m; hündürlüyü – 12.83 m; qanadının sahəsi – 133.59 m²; boş vəziyyətdə kütləsi – 41 434 kq; maksimal uçuş kütləsi – 85 820 kq; daxili çənlərdəki yanacağın kütləsi – 34,096 kq; güc qurğusu – 2 ədəd CFM International CFM56-7B turboreaktiv mühərrik; dartqı qüvvəsi – 2 × 120 kN.

Əsas uçuş xassələri: maksimum uçuş sürəti – 907 km/saat; kreyser sürəti – 815 km/saat; patrulluq/axtarış sürəti – 60 m hündürlükdə 333 km/saat; döyüş radiusu – 3700 km; uçuş məsafəsi – 8,300 km; praktiki uçuş tavanı – 12500 m.

Poliqon.az

CATEGORIES
TAGS