“Kazakhstan Engineering” hərbi paradda yeni məhsullarını nümayiş etdirəcək

Qazaxıstanın “Kazakhstan Engineering” şirkəti 2018-ci ildə Silahlı Qüvvələrin yaranma günündə keçiriləcək hərbi paradda yeni məhsullarını nümayiş etdirəcək.

Bu barədə “AzeriDefence”yə “Kazakhstan Engineering” şirkətindən məlumat verilib.

Nümayiş olunacaq “Kazakhstan Engineering” şirkətinin istehsalı olan yeni məhsullar arasında zirehli maşınlar, aviasiya və raket sistemləri yer alacaq.

Bundan başqa “Kazakhstan Engineering” hərbi paradda “Gələcəyin əsgəri” proqramı çərçivəsində silahlı qüvvələrin yerli döyüş təchizatını təqdim edəcək.

Bununla yanaşı, açıq ekspozisiyada “Kazakhstan Paramount Engineering” şirkətinin istehsalı olan “Arlan” zirehli maşını, müasirləşdirilmiş və yeni hərbi texnikanın digər növləri nümayiş olunacaq.

CATEGORIES