Kəlbəcər istiqamətində Azərbaycan mövqeləri müxtəlif növ atıcı silahlardan intevsiv atəşə tutulub

Kəlbəcər istiqamətində Azərbaycan mövqeləri müxtəlif növ atıcı silahlardan intevsiv atəşə tutulub

İyulun 16-sı saat 04:00-dan 04:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən bir neçə mövqedən Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutub.

Bu barədə “Poliqon”a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub.

Poliqon.az

CATEGORIES
TAGS