Kərim Vəliyev NATO-nun Müttəfiq Qüvvələrin Avropadakı Baş Qərargah rəisinin müavini ilə görüşüb

Kərim Vəliyev NATO-nun Müttəfiq Qüvvələrin Avropadakı Baş Qərargah rəisinin müavini ilə görüşüb

Noyabrın 21-də müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev “NATO günləri” çərçivəsində Azərbaycanda səfərdə olan NATO-nun Müttəfiq Qüvvələrin Avropadakı Baş Qərargah rəisinin müavini kontr-admiral Qunnşteyn Brusdal ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, general-polkovnik K.Vəliyev Azərbaycan ilə NATO arasında əlaqələrin inkişaf etdiyini, habelə Azərbaycan Ordusunun nümayəndələrinin NATO-nun müxtəlif proqramları çərçivəsində fəal iştirakını qeyd edib.

Silahlı Qüvvələrin Ali Baş Komandanının rəhbərliyi altında Vətən müharibəsində qazanılan qələbənin əhəmiyyətini xüsusi vurğulayan Azərbaycan Ordusunun Baş Qərargah rəisi azad edilmiş ərazilərdə postmüharibə dövründə görülən işlər barədə danışıb.

Görüşdə Azərbaycan-NATO əməkdaşlığının inkişaf perspektivləri, həmçinin mövcud və yarana biləcək təhdidlərə qarşı birgə fəaliyyət istiqamətləri müzakirə edilib.

General-polkovnik K.Vəliyev NATO-nun Əməliyyat İmkanları Konsepsiyası çərçivəsində Şimali Atlantika Alyansının bölmələrin hazırlığına verdiyi töhfəni yüksək dəyərləndirib.

Kontr-admiral Q.Brusdal Azərbaycanın Şimali Atlantika Alyansının etibarlı tərəfdaşı olduğunu xüsusi vurğulayıb, Azərbaycanın terrorizmə qarşı mübarizədə fəal iştirakını, Azərbaycan Ordusunun hərbi qulluqçularının NATO qərargahlarındakı fəaliyyətlərini, habelə beynəlxalq sülhməramlı missiyalarda nümayiş etdirdiyi peşəkarlığı yüksək qiymətləndirib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran bir sıra digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

Poliqon.az

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş