“Komando başlanğıc kursu”nun növbəti buraxılış mərasimi keçirilib

“Komando başlanğıc kursu”nun növbəti buraxılış mərasimi keçirilib

Quru Qoşunlarının 2023-cü il üçün hazırlıq planına uyğun olaraq, “Komando başlanğıc kursu”nun növbəti buraxılış mərasimi keçirilib.

Müdafiə Nazirliynin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, əvvəlcə Ulu Öndər Heydər Əliyevin, eləcə də Vətənin müstəqilliyi və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti ilə Azərbaycanın Dövlət Himni ifa olunub.

Kurs iştirakçılarına Müdafiə Nazirliyi rəhbərliyinin təbrikləri çatdırılıb.

Mərasimdə çıxış edənlər hərbi qulluqçuların peşəkarlıq səviyyəsinin yüksəldilməsi və döyüş qabiliyyətinin artırılmasında bu kimi kursların əhəmiyyətindən danışıb, kursu müvəffəqiyyətlə bitirənlərə gələcək xidməti fəaliyyətlərində uğurlar arzulayıblar.

Sonra kurs birincisi tərəfindən yaş kötüyünə rəmzi emblem vurulub, hərbi qulluqçulara sertifikatlar təqdim olunub.

Sonda şəxsi heyət təntənəli marşla tribuna önündən keçib.

Poliqon.az

CATEGORIES