KTJ-3700 mühərriklərinin cari il ərzində “Roketsan”a çatdırılması planlaşdırılır

KTJ-3700 mühərriklərinin cari il ərzində “Roketsan”a çatdırılması planlaşdırılır

Türkiyənin “Kale Arge” şirkəti cari il ərzində birdən çox KTJ-3700 mühərrikini “Roketsan”a təhvil verməyi planlaşdırır.

“Poliqon” xəbər verir ki, bu sözləri “Savunmasanayist”ə müsahibəsi zamanı “Kale Arge” şirkətinin baş direktoru Cüneyt Kenger deyib.

Onun sözlərinə görə, KTJ-3700 mühərrikinin dizayn işləri əslində 2020-ci ildə tamamlanıb: “2021-ci ildə “Roketsan”ın “Çakır” raketi üçün ehtiyac duyduğu mühərrik tələbinin üzərinə KTJ-3700-ün dizaynı əsasında KTJ-1750 mühərrikini sürətli şəkildə inkişaf etdirdik və prioritet olaraq seçdik.

Bildiyiniz kimi, KTJ-1750 mühərrikimiz “Çakır” raketini uçuraraq ilk uçuş sınağını uğurla tamamladı. Sonradan quru əsaslı “Atmaca” raketi üçün mühərrik ehtiyac yarandı və biz də KTJ-3700 dizaynını tez bir zamanda prototip mühərrikə çevirdik”.

Şirkətin baş direktoru hər iki mühhərikin böyük ölçüdə oxşar dizayna sahib olduğunu əsas gətirərək, KTJ-1750 ilə qazanılan uğurun KTJ-3700-də də əldə ediləcəyini vurğulayıb: “Bu il həyata keçirdiyimiz ilk prototip mühərrik sınaqlarında dərhal uğur qazanıldı və biz istənilən performans səviyyələrinə nail olunduğunu gördük”.

C.Kenger bildirib ki, “Kale Arge” hazırda “Roketsan”ın ehtiyac duyduğu mühərrikləri istehsal edir və cari il ərzində birdən çox KTJ-3700 mühərrikini sözügedən şirkətə təhvil verməyi planlaşdırır.

 

CATEGORIES