
Türkiyənin aparıcı quru nəqliyyat vasitələri ixracatçısı olan “Otokar” şirkəti Braziliyanın San-Paulo şəhərində keçirilən “LAAD Security 2026” sərgisində iştirak edir.
“Poliqon” “Otokar”a istinadən xəbər verir ki, şirkət Cənubi Amerikanın ən mühüm müdafiə və təhlükəsizlik sərgilərindən biri olan LAAD-ın uzun illərdir daimi iştirakçısıdır.
“Otokar” builki sərgidə quru sistemləri üzrə geniş məhsul çeşidini və imkanlarını təqdim etməklə yanaşı, bölgəyə yönəlmiş texnologiya transferi və yerli istehsal strategiyasını da xüsusi olaraq ön plana çıxarır.




