Litva NASAMS ZRK-ləri Ukraynaya gələn ay təhvil verəcək

Litva NASAMS ZRK-ləri Ukraynaya gələn ay təhvil verəcək

Litva NASAMS zenit-raket komplekslərini (ZRK) Ukraynaya cari ilin sentyabr ayında təhvil verəcək.

“Poliqon” xəbər verir ki, bunu Litvanın prezidenti Gitanas Nauseda Ukraynanın prezidenti  Vladimir Zelenski ilə görüşü zamanı deyib.

O bildirib ki, Litva Ukraynaya uzunmüddətli hərbi dəstək planını təsdiqləyib və onun dəyəri təxminən 200 milyon avro təşkil edir.

CATEGORIES
TAGS