MBOMBE: yeni nəsil zirehli döyüş maşını – FOTO

Minaya qarşı qorumalı nəqliyyat vasitələrinin aparıcı istehsalçılarından olan Cənubi Afrika Respublikasının (CAR) Paramount Group şirkətinin ilk nümunəsini iki il əvvəl ictimaiyyətə təqdim eitdiyi “Mbombe” adlı zirehli döyüş maşını bir sıra xüsusiyyətlərinə görə, dünyadakı analoqlarını geridə qoyur. “AzeriDefence”nin məlumatına görə, ötən dövrdə nümayiş etdirildiyi beynəlxalq hərbi sərgilərdə müxtəlif ölkələrdən olan hərbçilərin marağına səbəb olan “Mbombe” həm dizayn, həm də mühafizə olunması baxımından yeni nəsil zirehli döyüş maşınlarının yaradılmasında bir yenilik sayıla bilər.

Paramount Groupun istehsalçı tərəfdaşlarından olan Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi də artıq “Mbombe”nin birgə istehsalına marağını ifadə edib. Hazırda bu döyüş maşınının Bakıda birgə istehsalına dair danışıqlar davam etdirilməkdədir. Mütəxəssislərinin fikrincə, “Mbombe”nin istehsalı və Azərbaycan Silahlı Qüvvələrində silahlanmaya qəbulu BTR və BMP tipli keçmiş sovet, müasir Rusiya və Ukrayna istehsalı olan döyüş maşınları ilə vidalaşma mərhələsinin başlanğıcını qoyacaq. Adıçəkilən analoqlarından yüksək manevr qabiliyyətinə görə fərqlənən “Mbombe”, eyni zamanda mina, artilleriya mərmiləri partlayışına, həmçinin ballistik müdafiə imkanlarına görə daha çox üstünlüklər verir.

Boş halda çəkisi 16 ton, döyüş çəkisi 27 ton təşkil edən “Mbombe” 11 heyəti daşıyır. 300 kw Cummins ISBe4 dizel mühərrikinə və Allison 6 avtomatik sürət transmissiyasına malik maşının ABC pnevmatik tormoz sisteminə, 395/85 R20 XZL şinlərə malikdir. Maşının elektrik sistemi 24V təşkil edir. Döyüş maşını heyətin daşınması ilə yanaşı sanitar, komanda-qərargah, yük daşınması kimi məqsədlər üçün də istifadə oluna bilər. Manevr imkanlarına gəldikdə maksimal sürəti 100 km/saat, birdəfəyə hərəkət diapazonu 700 km olan “Mbombe” <10m məsafədə dönür, 70 dərəcə bucaq altında yüksəkliyə dırmana bilir. Bundan başqa, döyüş maşınının salonu iqlim idarə etmə sistemi və kondisionerlə də təchiz edilib. “Mbombe”nin eni 2545 mm, hündürlüyü 2340 mm, uzunluğu 7715 mm-dir. Göstəriciləri

Paramount Group şirkətindən “AzeriDefence”yə verilən məlumata görə, 6×6 təkər formuluna malik “Mbombe” gücləndirilmiş mina əleyhinə müdafiəsinə malikdir. Maşının ballistik və artilleriya mərmilərinə qarşı müdafiəsi STANAG Level IV tələbləriən cavab verir. “Mbombe”nin gücləndirilmiş zirehi heyətin ətrafda 155 mm-lik artilleriya mərmisinin partlayışından, həmçinin 14.5 mm-lik B-32 güllələrindən, 200 metr məsafədə KPVT pulemyotundan açılan atəşdən müdafiəsini təmin edir. Ənənəvi V şassili MRAP-lardan fərqli olaraq düz gövdəyə malik olan “Mbombe”nin döşəməsindəki zirehin gücləndirilməsi sayəsində maşın alt hissəsində və ya təkərin altında tank əleyhinə mina partlayışına və ya 10 kq TNT partlayışına tab gətirir. Hansı ki, bu istehsalçı şirkət tərəfindən “Mbombe”nin dizaynında edilmiş əsas yeniliklərdən biri hesab oluna bilər.

“Mbombe”nin ən böyük avantajlarından biri də onun əldə qayırma partlayıcılara (İED) qarşı yüksək müdafiə təmin etməsidir. Testlər zamanı döyüş maşını 5 metr məsafədə 50 kq TNT partlayışına dözümlülüyünü sübuta yetirib.

Boş halda çəkisi 16 ton, döyüş çəkisi 27 ton təşkil edən “Mbombe” 11 heyəti daşıyır. 300 kw Cummins ISBe4 dizel mühərrikinə və Allison 6 avtomatik sürət transmissiyasına malik maşının ABC pnevmatik tormoz sisteminə, 395/85 R20 XZL şinlərə malikdir. Maşının elektrik sistemi 24V təşkil edir. Döyüş maşını heyətin daşınması ilə yanaşı sanitar, komanda-qərargah, yük daşınması kimi məqsədlər üçün də istifadə oluna bilər. Manevr imkanlarına gəldikdə maksimal sürəti 100 km/saat, birdəfəyə hərəkət diapazonu 700 km olan “Mbombe” <10m məsafədə dönür. Bundan başqa, döyüş maşınının salonu iqlim idarə etmə sistemi və kondisionerlə də təchiz edilib. Silahlanması

İlk nümunələri maşının içərisindən idarə olunan 30 mm-lik avtomatik top və 7.62 mm-lik pulemyotlar silahlandırılmış “Mbombe”yə ehtiyac duyulduğu təqdirdə digər silahların, o cümlədən tank əleyhinə raketlərin inteqrasiyası mümkündür. Müştərinin tələbinə uyğun olaraq maşının üzərinə gecə görmə cihazları, termal kameralar və digər sensorlarla təchiz edilə bilər.
Radikal görünüşə malik olmaması bu texnikanın qeyri-ənənəvi müharibədə əməliyyatları və üsyanların yatırılması istifadə üçün istifadəsini asanlaşdırır.

Mbombe 2

Mbombe 18

mbqulle

CATEGORIES