
Rusiyanın MiQ-35 döyüş təyyarəsinin sınaq uçuşları 2017-ci ilin yanvarın sonlarında başlayacaq.
Bu barədə “AzeriDefence” Rusiya mediasına istinadən məlumat verib.
2007-ci ildə ilk uçuşlarını keçirən MiQ-35 2017-ci ilin sonunda testlərinin tamamlanması, 2018-2020-ci illərdə isə Rusiya Hərbi Kosmik Qüvvələrinin invertarına daxil edilməsi planlaşdırılır.
Təyyarənin uçuş tavanı 17 km, maksimum sürəti isə 2,6 min km/saat təşkil edir.
MiQ-35 təyyarələri düşmənin hava məkanına girmədən hədəfi müxtəlif tip silahlarla vurmaq üçün hazırlanıb. Son nəsil rabitə və hədəfləmə sistemləri ilə təchiz olunan təyyarənin uçuş mənzili 3 min kilometrdir.
Təyyarəyə qurulan “Juk-A” tipli antenli perspektiv radiolokasiya stansiyası (AFAR) da 200 kilometrə qədər hava və yerüstü hədəfləri aşkar etməyə imkan verəcək.
İki pilotlu təyyarə “Klimov” təcrübi-konstruktor bürosunun (TKB) hazırladığı RD-33MK mühərriki ilə təchiz olunub.
Qeyd edək ki, MiQ-35 təyyarələrinin Rusiya Hərbi Kosmik Qüvvələrinə 2014-cü ildə təhvil verilməsi planlaşdırılsa da, iqtisadi çətinlik səbəbiylə çatdırılmanın vaxtı uzadılıb.



