SərgilərXəbərlər

MKE “Eurosatory 2026” sərgisində məhsul portfelini təqdim edib

“Makine ve Kimya Endüstrisi” (MKE) şirkəti Fransanın paytaxtı Parisdə keçirilən və Avropanın ən böyük müdafiə sənayesi sərgilərindən biri hesab olunan “Eurosatory 2026″ çərçivəsində öz imkanlarını nümayiş etdirib.

MKE-dən “Poliqon”a verilən məlumata görə, şirkət sərgidə avtomat silahlarını, müxtəlif çaplı döyüş sursatlarını, KBRN həllərini, BORAN yüngül çəkili haubitsasını, PİRANA kamikadze insansız dəniz aparatını (İDA), DENİZHAN milli dəniz topunu və BALKIN “Chaff” sursatını nümayiş etdirib.

Şirkət həmçinin KBRN məhsullarını ilk dəfə xaricdə keçirilən beynəlxalq sərgidə ziyarətçilərə təqdim edib.

Bununla yanaşı, “Eurosatory 2026” sərgisində MKE-nin TOLGA yaxın hava hücumundan müdafiə sisteminin tərkibinə daxil olan 20 mm-lik silah sistemi Macarıstan istehsalı yerüstü robot platformasına, 81 mm-lik minaatan lülə qrupu isə Sloveniya istehsalı tırtıllı yerüstü robot sisteminə inteqrasiya edilərək ilk dəfə beynəlxalq ictimaiyyətə təqdim olunub.

Sərgi çərçivəsində MKE ilə Özbəkistan rəsmiləri arasında qlobal barıt ixracına dair müqavilə də imzalanıb.

Tədbir müddətində şirkət 7 yüksək səviyyəli nümayəndə heyətini qəbul edib, o cümlədən 16 ölkədən olan nümayəndələrlə ümumilikdə 32 yüksək səviyyəli rəsmi işgüzar görüş keçirib.

Back to top button