QuruXəbərlər

MKE istehsalı hərbi məhsullar yerli müştərilərə çatdırılıb

Türkiyənin “Makine ve Kimya Endüstrisi” (MKE) şirkəti tərəfindən istehsal edilmiş müxtəlif tipli hərbi məhsullar müştərilərə çatdırılıb.

MKE-dən “Poliqon”a verilən məlumata görə, bununla şirkət başda Türkiyə Silahlı Qüvvələri olmaqla, beynəlxalq tərəfdaşlarına yüksək keyfiyyətli və effektiv məhsullar təqdim edərək sektora və ölkəyə töhfə verir.

Son bir həftə ərzində MKE tərəfindən müştərilərə aşağıdakı məhsullar çatdırılıb:

  • Türkiyə Quru Qoşunları Komandanlığına: 20 mm-lik sursat, 60 mm-lik minaatan mərmisi, 155 mm-lik sursatlar üçün partlayıcı barıt, 105 mm-lik haubitsa mərasim sursatı, MOD90 partladıcı mexanizmi.
  • Türkiyə Hərbi Dəniz Qüvvələri Komandanlığına: “Denizhan-76” milli dəniz topu.
Back to top button