SərgilərXəbərlər

MKE Misirin Hərbi İstehsal Nazirliyi ilə Anlaşma Memorandumu imzalayıb

Türkiyənin MKE şirkəti Bosniya və Herseqovinada ilk dəfə keçirilən “Balkan Shield” (“Balkan Qalxanı”) müdafiə sərgisi çərçivəsində Misirin Hərbi İstehsal Nazirliyi ilə Anlaşma Memorandumu imzalayıb.

MKE-dən “Poliqon”a verilən məlumata görə, müdafiə sənayesi sahəsində mövcud əməkdaşlığın inkişaf etdirilməsi və yeni birgə fəaliyyət istiqamətlərinin həyata keçirilməsi məqsədilə imzalanan memorandum partlayıcı maddələr başda olmaqla, müxtəlif müdafiə sənayesi məhsullarının birgə istehsalı və hazırlanmasını nəzərdə tutur.

Sərgidə imzalanan ilk razılaşma olan memorandumun imza mərasimində Türkiyə müdafiə nazirinin müavini Salih Ayhan və Misirin Hərbi İstehsal naziri general-mayor Salah Soliman Gomblat da iştirak edib. Sənəd MKE-nin baş direktoru İlhami Keleş və Misir Hərbi İstehsal Nazirliyinin Kimya Sənayesi baş direktoru general Hesham Madkour Dakrouri tərəfindən imzalanıb.

Tərəflərin müdafiə sənayesi sahəsində əməkdaşlığının genişləndirilməsi istiqamətində yeni addımların sentyabrın 8-10-da Misirdə keçiriləcək “El Alamein International Airshow 2026” sərgisi çərçivəsində atılması planlaşdırılır.

Back to top button