QuruXəbərlər

MKE müxtəlif təyinatlı hərbi məhsulların tədarükünü həyata keçirib

Türkiyənin “Makine ve Kimya Endüstrisi” (MKE) şirkəti tərəfindən istehsal olunan müxtəlif tipli hərbi məhsullar sifarişçilərə təhvil verilib.

MKE-dən “Poliqon”a verilən məlumata görə, bununla şirkət başda Türkiyə Silahlı Qüvvələri olmaqla beynəlxalq tərəfdaşlarına yüksək keyfiyyətli və effektiv məhsullar təqdim edərək müdafiə sənayesinə və ölkə iqtisadiyyatına töhfə verməyə davam edir.

Son bir həftə ərzində Türkiyə Hərbi Hava Qüvvələri Komandanlığına NEB nüfuz  edən bomba (NEB), Quru Qoşunları Komandanlığına 20 mm və 25 mm-lik sursatlar, 81 mm-lik minaatan mərmiləri və TAMGEÇ minalanmış ərazilərdə keçid açma sistemi təhvil verilib.

Bundan əlavə, müdafiə sənayesi üzrə tərəfdaşların ehtiyacları çərçivəsində MK82 aviabombalarının da çatdırılması uğurla həyata keçirilib.

Back to top button