MKE şirkəti ABŞ-a silah ixrac edəcək

MKE şirkəti ABŞ-a silah ixrac edəcək

Parisdə keçirilən “Eurosatory-2024” sərgisi çərçivəsində Türkiyənin “Makine ve Kimya Endüstrisi” (MKE) şirkəti ABŞ-a silah ixracı üçün CENTURY ARMS şirkəti ilə müqavilə imzalayıb.

“Poliqon” “SavunmaSanayiST.com”a istinadən xəbər verir ki, MKE və CENTURY ARMS arasında imzalanan müqavilənin dəyəri 30 milyon ABŞ dolları təşkil edir.

İmzalanan müqavilə ilə bağlı “Makine ve Kimya Endüstrisi” şirkəti tərəfindən verilən açıqlamada bildirilib ki, bu mühüm razılaşma MKE-nin beynəlxalq bazarda böyümə hədəflərinə töhfə verəcək və ABŞ bazarında mövcudluğunu gücləndirəcək.

CATEGORIES