MN: Azərbaycan sülhməramlılarının həyatı üçün hazırda təhlükə yoxdur

MN: Azərbaycan sülhməramlılarının həyatı üçün hazırda təhlükə yoxdur

Kabul beynəlxalq hava limanının Azərbaycan sülhməramlılarının mühafizə və müdafiə etdikləri sektorunda hazırda gərginlik mövcud deyil.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, sülhməramlı şəxsi heyətin həyatı üçün heç bir təhlükə yoxdur.

“Bölgədə mövcud gərgin vəziyyətdən asılı olmayaraq Azərbaycan Ordusunun 120 nəfərdən ibarət  sülhməramlı bölməsi Türkiyə qüvvələri ilə birlikdə hava limanının təhlükəsizliyini təmin etmək məqsədilə xidməti vəzifələrinin icrasını davam etdirir”, – deyə Nazirlikdən bildirilib.

Poliqon.az

CATEGORIES
TAGS