
MN: İstifadəyə yararsız sursatlar Pirəkəşkül yaxınlığındakı poliqonda məhv ediləcək
26-30 may tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda məhv edilməsi prosesi həyata keçiriləcək.
“Poliqon” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
“Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq”, – deyə məlumatda qeyd edilib.
CATEGORIES Xəbərlər