MN: Kəlbəcərdə mövqelərimiz atəşə tutulub

MN: Kəlbəcərdə mövqelərimiz atəşə tutulub

Oktyabrın 5-i saat 14:50 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Əzizli və Aşağı Şorca yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.

Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən “Poliqon”a verilən məlumata görə, Azərbaycan Ordusunun bölmələri şəxsi heyət və texnika sarıdan itki verməyib.

KATEQORIYA: