
ABŞ Dövlət Departamenti 2.3 milyard dollar dəyərindəki UH-60M “Black Hawk” helikopterlərinin Norveçə satışını təsdiq edib.
Bu barədə “Poliqon” ABŞ Dövlət Departamentinə istinadən xəbər verib.
Bildirilib ki, sifarişə 21 ədəd UH-60M “Black Hawk” helikopterinin, silah sistemlərinin və digər avadanlıqların satın alınması, eləcə də onlara təmir, texniki xidmət və logistika dəstəyinin göstərilməsi daxildir.
Sifarişin əsas podratçısı ABŞ-ın “Sikorsky” şirkəti (“Lockheed Martin”in tərkibinə daxildir) olacaq.
Qeyd edilib ki, mümkün satış Norveçin NATO müttəfiqləri ilə qarşılıqlı fəaliyyət imkanlarını və aviasiya potensialını artıracaq. UH-60M helikopterləri Norveç Ordusunun və Xüsusi Təyinatlı Qüvvələrinin müstəqil əməliyyat imkanlarının gücləndirilməsinə xidmət edəcək.





