
İsveçdə TAURUS KEPD 350 uzunmənzilli qanadlı raketinin “Gripen” qırıcısından buraxılışı həyata keçirilib.
“Poliqon” İsveç Hərbi Hava Qüvvələrinə (HHQ) istinadən xəbər verir ki, sınaq Norrbotten bölgəsində yerləşən Vidsel sınaq poliqonunda keçirilib.
Bildirilib ki, bu, TAURUS KEPD 350 raketinin İsveçin HHQ-yə məxsus “Gripen” qırıcısından ilk buraxılışıdır.
TAURUS KEPD 350 uzunmənzilli qanadlı raket olmaqla, yeni dərin zərbə imkanları təqdim edir.





